Xüsusi amansızlıqla öldürülən məşhur yazıçılar


Digərləri 20 May 2018 18:00:00 299 0

Xüsusi amansızlıqla öldürülən məşhur yazıçılar

Bir çox yazıçılar məşhurluğa çatmamış, bəziləri də məşhurluq şərbətinin ilk qurtumlarında ölümə yaxalanırlar. Yəni, öldürülürlər. Bəzi hallarda isə onların hansı şəraitdə və kimlər tərəfindən öldürülməsi uzun illər açılmır.

Son.az Kulis.az-a istinadla bu dəfə sizə ölümü ən çox araşdırılan beş yazıçı haqqında məlumat verəcək. Ölüm səbəblərinə işıq tutacaq.

Amerikalı yazıçı və jurnalist Susan Berman bir çox sənədli filmlərə ssenari yazıb. Üç səs-küylü romanın müəllifi kimi hələ Amerika və Avropa ölkələrində şöhrət qazanmışdı. "Las-Veqaslı xanım" romanına isə hələ 1994-cü ildə Hollivudda film çəkilmişdi.

O, 2000-ci ildə sevgilisi, milyarder Robert Drust tərəfindən qətlə yetirilib. Qatilin Bermanın öz sevgilisi olduğu 14 il sonra məlum olub.

Polisin apardığı istintaqın yekunundan sonra məlum olub ki, Susan Bermana yaxın məsafədən başına atəş açan şəxs elə öz həyat yoldaşını da vaxtilə eyni cür qətlə yetirən milyarder Drustdur.

Drustun cinayəti sübuta yetiriləndən sonra ona ölüm hökmü kəsilib.

Amerikalı şair Maksvel Bodenheym ötən əsrin əvvəllərində müharibə mövzusunda yazdığı şeirlə tezliklə özünə yüz minlərlə oxucu qazanmışdı. Üç dəfə ailə qurmuş Bodenheym bütün pullarını caz klublarına, içki məclislərinə xərcləyib. Tufeyli həyat sürüb.

Günlərin bir günü Bodenheym dostu Rutha kommunist olduğunu deyir. Ruth isə bu cavabdan sonra onu Nyu-Yorun arxa məhəllələrinin birində kirayələdiyi evinə aparır. Bir az yeyib içdikdən sonra dostu "ölüm şairi"nə üç bıçaq zərbəsi vurur. Ruth Blind məhkəmədə öz şair dostunu öldürməkdən peşman olmadığını deyir: