Sel Əfqanıstanda 9 nəfərin canını aldı


Dünya 20 May 2018 16:50:00 225 0

Sel Əfqanıstanda 9 nəfərin canını aldı

Əfqanıstanın şimalında yağan şiddətli yağışlar 9 nəfərin ölümünə səbəb olub.

Son.az modern.az-a istinadən xəbər verir ki. Bəlx və Cüzcan vilayətlərində yağan şiddətli yağışlar sel və daşqınlara yol açıb. Nəticədə yüzlərlə ev suyun altında qalıb. Təbii fəlakət nəticəsində 9 nəfər həyatını itirib.

Cüzcan vilayətinin sadəcə iki rayonunda 1500 evin suyun altında qaldığı bildirilir. Sakinlər helikopterlərlə hadisə yerindən uzaqlaşdırılıblar. Hələ də bölgə də xilasetmə işləri davam etdirilir.