Britaniya Abramoviçin vizasının müddətini uzatmadı


Dünya 20 May 2018 16:27:00 271 0

Britaniya Abramoviçin vizasının müddətini uzatmadı

Böyük Britaniya məşhur rusiyalı milyarder Roman Abramoviçin vizasının müddətini uzatmaqdan imtina edib.

Son.az APA-ya istinadən bildirir ki, bu barədə "The Bell" nəşri rusiyalı biznesmenin yaxın ətrafına istinadən məlumat yayıb.

Həmin şəxslər "The Bell"-ə R. Abromoviçin əvvəlki vizasının müddətinin 3 həftə əvvəl başa çatdığını, ancaq ona yeni viza verilmədiyini bildiriblər. Qəzet yazır ki, bu səbəbdən R. Abramoviç sahibi olduğu "Çelsi" klubunun "Mançestr Yunayted" klubu ilə İngiltərə Kubokunun finalındakı görüşünü izləyə bilməyib. Həmin görüşdə "Çelsi" 1:0 hesabı ilə qalib gəlib və İngiltərə kubokunun sahibi olub.