İŞİD lideri Yəməndə ələ keçdi


Dünya 20 May 2018 15:45:00 353 0

İŞİD lideri Yəməndə ələ keçdi

Yəməndə İŞİD-in liderlərindən biri sayılan Əmir Daki adlı şəxs saxlanılıb.

Son.az axar.az-a istinadən bildirir ki, bu barədə Yəmənin Daxili İşlər Nazirliyi informasiya yayıb.

Məlumata görə, Daki ölkənin şimal istiqamətində yerləşən ərazilərdən birində terakt törətməyə hazırlaşıb. Xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində terrorçu zərərsizləşdirilib.