La Liqa klubunda məşqçinin müqaviləsi yeniləndi


İdman 20 May 2018 14:50:00 252 0

La Liqa klubunda məşqçinin müqaviləsi yeniləndi

İspaniya La Liqasında mübarizə aparan Villarreal baş məşqçisi Xavyer Kalyexanın müqaviləsini yeniləyib. Goal.az xəbər verir ki, onunla 2019-cu ilin yayına kimi yeni anlaşma imzalanıb. 40 yaşlı mütəxəsis 2017-ci ilin sentyabrında "sarı sualtı qayıq"ın sükanı arxasına keçmişdi. Geridə qalan mövsümdə onun komandası turnir cədvəlini 5-ci pillədə tamamlayıb. Villarrea növbəti mövsüm Avropa Liqasında oynayacaq.