Bərdədə iribuynuzlu malqara arasında kütləvi tələfat


Digərləri 20 May 2018 14:57:00 384 0

Bərdədə iribuynuzlu malqara arasında kütləvi tələfat

Bərdə rayonunda mal-qara arasında kütləvi tələfat olub.

Son.az report.az-a istinadən bildirir ki, Mehdili kəndində yerli sakin Müslüm Məmmədova məxsus təsərrüfatda 20 baş iribuynuzlu heyvan tələf olub, daha 30 heyvan isə təhlükə altındadır.

Hadisə baş verən təsərrüfata mütəxəssislər cəlb olunub. Ölü heyvanlar yarılaraq nümunələr götürülüb. Sağlam heyvanlardan isə qan nümunələri alınıb.

Hazırda heyvandarlıq təsərrüfatı nəzarətə götürülüb. İlkin diaqnoz kimi heyvanların zəhərlənmədən öldüyü ehtimal olunur.