London klubu 11 illik futbolçusuna yollarını ayırdığını elektron məktubla bildirib


İdman 20 May 2018 14:11:00 283 0

London klubu 11 illik futbolçusuna yollarını ayırdığını elektron məktubla  bildirib

West Ham United-in müdafiəçisi Ceyms Kollinz özünə başqa klub axtarmalı olacaq. Goal.az xəbər verir ki, "çəkicdöyənlər" 11 il onlara xidmət edən futbolçu ilə yeni müqavilə imzalanmayacağını elektron məktub vasitəsilə bildirib. London klubunun azarkeşləri, öz növbəsində Kollinzlə vida matçının keçirilməsi üçün imzatoplama kampaniyasına başlayıb. West Ham nümayəndələri mətbuata açıqlama verərkən qeyd ediblər ki, təcrübəli futbolçuya daha öncə bu barədə xəbərdarlıq ediblər. Elektron məktub qərarın təsdiqlənməsi üçün göndərilib.