Nazarbayev xeyirdua verdi: Amerikanın hərbi yükləri Azərbaycandan keçəcək


Digərləri 20 May 2018 14:05:00 333 0

Nazarbayev xeyirdua verdi: Amerikanın hərbi yükləri Azərbaycandan keçəcək

Bir neçə ay öncə məlum oldu ki, son mənzili Əfqanıstan olan Amerikanın xüsusi yükü Azərbaycan ərazisindən keçəcək.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Əbdurəhmanov demişdi.

Elə həmin vaxt da söz-söhbət gəzməyə başladı ki, Qazaxıstanın Xəzər dənizindəki limanlarında Amerikanın hərbi bazaları peyda olacaq. Qazaxıstanın Rusiyadakı səfirliyində bu məlumatları "qeyri-səhih" adlandırmışdılar.

Diplomatik nümayəndəlik bəyan etmişdi ki, bu cür söhbətlərin yaranmasına səbəb 2010-cu ilin oyun ayının 20-sə imzalanmış ikitərəfli Qazaxıstan-ABŞ sazişinə edilən dəyişikliklər barədə protokol olub. "Məlumat üçün həmin sənədin adını diqqətinizə çatdırırıq: Amerika Birləşmiş Ştatlarının Əfqanıstan İslam Respublikasında sabitliyin qorunması və bərpa işlərinin həyata keçirilməsi üzrə işlərdə iştirakı ilə əlaqədar xüsusi yüklərin Qazaxıstan Respublikası ərazisi ilə kommersiya xarakterli dəmiryol tranzitinin təmin edilməsi barədə ABŞ və Qazaxıstan hökumətləri arasında saziş", - səfirlik bildirmişdi.