Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı


Digərləri 20 May 2018 13:57:00 239 0

Rusiyanın Ermənistana daha hansı yeni silahı verəcəyi üzə çıxdı

Bir neçə ay sonra Yerevan Rusiyadan aşağı radiuslu "Tor M2" zenit-raket komplekslərini alacaq.

Son.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumat Ermənistan Müdafiə Nazirliyinin xüsusi televiziya proqramında açıqlanıb.

Zenit-raket kompleksi Rusiyanın Ermənistana silah təchizatı üçün ayırdığı ikinci güzəştli kredit (100 milyon dollar) çərçivəsində çatdırılacaq. Bu kredit razılaşması çərçivəsində Ermənistan ötən ilin sonlarında Rusiya ilə üç müqavilə bağlamışdı, amma müqavilələrin detalları açıqlanmamışdı. Müqavilələrin ümumi dəyəri 100 milyon dollardan çoxdur, qalan hissəsi Ermənistan büdcəsi tərəfindən maliyyələşdirilir.