Real azarkeşləri Çempionlar Liqası finalına biletləri geri qaytarlb


İdman 20 May 2018 13:32:00 262 0

Real azarkeşləri Çempionlar Liqası finalına biletləri geri qaytarlb

Real klubunun 2200-dən çox azarkeşi futbol üzrə Çempionlar Liqasının finalında Liverpool (İngiltərə) ilə keçiriləcək matçın biletlərini geri qaytarmaq qərarına gəlib. Goal.az xəbər verir ki, bu barədə "As" nəşri məlumat yayıb. Qərarın qəbul edilməsinə, əsasən Kiyevdə keçiriləcək matçın biletlərinin baha olması, həmçinin bəzi logistika çətinlikləri səbəb olub.

Əvvəlcə 24 mindən çox klub abunəçisi İspaniya milli çempionatının rəhbərliyi tərəfindən təqdim olunmuş biletlər üçün ərizə verib. Lakin problemin yaranması səbəbindən fanatlar biletləri geri qaytarmağa başlayıblar. Onlardan 12 min 802 nəfəri bilet alıb.

ÇL-in mayın 26-da Kiyevin (Ukrayna) "Olimpiyski" stadionunda keçiriləcək final matçında 35 min azarkeşin iştirakı gözlənilir.