Almaniya Suriya və İraqda döyüşlərdə iştiraka gedənlərin sayını açıqladı


Dünya 20 May 2018 13:38:00 304 0

Almaniya Suriya və İraqda döyüşlərdə iştiraka gedənlərin sayını açıqladı

Almaniya hökumətinə ölkədən mindən çox cihadçının Suriya və İraqa terrorçu qruplaşmaların sırasında döyüşməyə getdiyi məlumdur.

Son.az APA-ya istinadən bildirir ki, "Funke" qəzeti bunun, Almaniya hökumətinin Sol Partiyanın Bundestaqdakı fraksiyasının sorğusuna verdiyi cavabda əksini tapdığını yazıb.

Almaniyadan Suriya və İraqa gedən cihadçıların yarısı Almaniya vətəndaşıdır. Hökumət Almaniyadan Suriya və İraqda döyüşlərə gedənlərin sayının hazırda yenə artdığını, ancaq 2 il öncə ilə müqayisədə əhəmiyyətli dərəcədə az olduğunu açıqlayıb. Eyni zamanda Suriya, İraq və Türkiyədə saxlanılan Almaniyadan gəlmiş  cihadçılar var. Suriya və İraqa getmiş qadın və uşaqların çoxu isə artıq Almaniyaya qayıdıb.