Erzurum klubu Türkiyə Superliqasına vəsiqə qazandı


İdman 20 May 2018 12:47:00 282 0

Erzurum klubu Türkiyə Superliqasına vəsiqə qazandı

Türkiyə Super Liqasına yüksələn sonuncu – üçüncü komandanın adına da aydınlıq gəlib. Goal.az xəbər verir ki, pley-off mərhələsinin finalında Gazişehir ilə Erzurum Belediye qarşılaşıb.

Matçın əsas və əlavə vaxtında hesab açılmaıyb. Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac yaranıb.Penaltilərdə 6:5 hesabı ilə qalib gələn Erzurum Belediye Super Liqaya vəsiqə qazanıb.

Super Liqanı Osmanlıspor, Genclerbirliği və Kardemir Karabükspor tərk edib. Rizespor TFF 1-ci liqanın qalibi, Ankaragücü isə ikinci yerin sahibi kimi növbəti daha əvvəldən vəsiqəni təmin etmişdilər.