Ağdaşda yaşayış evi əşyaları ilə birgə yanaraq kül olub
Sosial 20 May 2018 12:47:18 294 0
Yanğın olan kəndə elektrik enerjisi verilişi dayandırılıb
Ağdaş rayonunun Xınaxlı kəndində yanğın hadisəsi baş verib.
"Report”un Şirvan bürosu xəbər verir ki, kənd sakini Allahverdiyev Tahir Qüddəsər oğluna məxsus həyət evi əşyaları ilə birgə yanıb.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin Ağdaş rayon yanğınsöndürmə briqadası yanğını lokallaşdırıb. Ev sakinləri vaxtında təhlükəsiz əraziyə çıxarılıb. Yanğınla əlaqədar kəndə elektrik enerjisi verilişi müvəqqəti olaraq dayandırılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Hazırda hadisə yerində araşdırma aparılır.
Mənbə: report.az