Bu gün QİCS Qurbanlarının Dünya Xatirə Günüdür


Dünya 20 May 2018 12:28:00 342 0

Bu gün QİCS Qurbanlarının Dünya Xatirə Günüdür

Bu gün - 20 may QİCS Qurbanlarının Dünya Xatirə Günüdür.

Son.az APA-ya istinadən bildirir ki, hər il may ayının üçüncü bazar günü dünyada QİÇS-dən vəfat edənlər xatırlanır.

Bu, ictimaiyyətinin diqqətini QİÇS xəstələri və İİV infeksiyası daşıyıcılarının problemlərinə cəlb etmək, həmçinin dünyada bu problemin yayılmasının qarşısını almaq məqsədilə keçirilir. Bu gün HİV virusunun yayılmasına qarşı insanlara xəbərdarlıq etmək və onları bu təhlükədən uzaq olmağa çağırmaq məqsədilə mühazirələr oxunur, maarifləndirici, xatirə və xeyriyyə tədbirlərinin keçirilməsi təşkil edilir.