Mourinyo: "Chelsea-nin qələbəyə layiq olduğunu düşünmürəm"


İdman 20 May 2018 11:48:00 300 0

Mourinyo: "Chelsea-nin qələbəyə layiq olduğunu düşünmürəm"

İngiltərə kubokunun finalında Chelsea-yə uduzan Manchester United mövsümü titulsuz başa vurub. Goal.az xəbər verir ki, matçdan sonra məğlub komandanın baş məşqçisi Joze Mourinyo diqqəti rəqibin müdafiə futbolu oynamasına yönəldib.

"Chelsea-ni qələbə münasibətilə təbrik etdim. Amma, onların qələbəyə layiq olduğunu düşünmürəm. Rəqibə hörmətlə yanaşmalıyam. Həm də Chelsea mənim keçmiş klubumdur. Lakin qələbəni daha çox biz haqq edirdik. Bu oyundan sonra insanların nə deyəcəkləri maraqlıdır. Görəsən, bu gün Chelsea-nin qalib gəlsiyi kimi biz qalib gəlsəydik, onlar nə reaksiya verərdi?

9 nəfərlə müdafiə olunan komandaya qarşı Lukakusuz oynamaq çətin idi. Acı məğlubiyyət olsa da, var gücümüzü ortaya qoyduq.

Chelsea bilirdi ki, Lukaku və Fellaini oynamayacaq. Buna görə cərimə meydançasının önündə 8-9 futbolçu yığmışdılar. Düzxətli futbolda daha təsirli olacaqlarını başa düşürdülər. Biz hər şeyi sınadıq, amma onların oyunçular qrupu dözümlü idi. De Xea topu tordan çıxardığı epizoddan başqa ona toxunmadı. Bu oyunun mənzərəsi belədir".