"LG" şirkətlər qrupunun prezidenti vəfat edib


Dünya 20 May 2018 10:54:18 233 0

"LG" şirkətlər qrupunun prezidenti vəfat edib

Ku Bon Mu böyüklüyünə görə dördüncü konqlomerata 23 il rəhbərlik edib

Cənubi Koreyada "LG" şirkətlər qrupunun sədri Ku Bon Mu vəfat edib.

“Report” xəbər verir ki, bu barədə "Ryonhap" agentliyi məlumat yayıb.

Böyüklüyünə görə dördüncü konqlomerata 23 il rəhbərlik edən Ku Bon Mu Seulda dünyasını dəyişib.

Şirkətin məlumatına görə, o, 2017-ci ildə bir neçə ciddi əməliyyat keçirib.