Gəncədə avtomobildə yanğın zamanı xəsarət alan sürücünün şəxsiyyəti məlum olub


Sosial 20 May 2018 08:51:55 264 0

Gəncədə avtomobildə yanğın zamanı xəsarət alan sürücünün şəxsiyyəti məlum olub

Yaralı xəstəxanaya yerləşdirilib

Gecə saatlarında Gəncə şəhərində avtomobildə yanğın zamanı bir nəfər xəsarət alıb.

"Report"un Qərb bürosunun məlumatına görə, yanğın sönülü vəziyyətdə olan "Ford Transit" markalı yük avtomobilində baş verib və bu zaman maşının sahibi Mustafayev Mübariz Akif oğlu müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Evin qarşısında saxladığı yük avtomobilinin alışdığını bilən M.Mustafayev, yanğına müdaxilə etmək istəyən zaman əl və üz nahiyələrindən yanıq xəsarətləri alıb.

Alovlanan avtomobildən yaxınlıqdakı digər yük maşınlarının da arxa faraları alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub və yanğın söndürülüb. "Ford Transit" markalı avtomobilin ön hissəsi tamamilə yandığından maşına ciddi ziyan dəyib.

İşlək halda olmayan avtomobilin qəflətən alışma səbəbi araşdırılır.