Ağcabədidə qəza:


Digərləri 20 May 2018 09:02:00 241 0

Ağcabədidə qəza:

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Qiyamədinli kəndində qeydə alınıb. Ağdam rayon sakini   Qəhrəmanov Qırımxan Qəhrəman oğlu idarə etdiyi 02 KX 819 dövlət nömrə nişanlı "VAZ 2106" markalı avtomobillə hərəkətdə olan "Belarus" markalı traktorla toqquşub. Nəticədə minik  avtomobilinin sürücüsü Q.Qəhrəmanov hadisə yerində həyatını itirib, sərnişin Cavadov Rəşad İlqar oğlu isə müxtəlif bədən xəsarətləri ilə Ağcabədi Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.