Kubada qəzaya uğrayan "Boeing 737"nin qara qutusu tapılıb


Dünya 20 May 2018 08:17:00 309 0

Kubada qəzaya uğrayan "Boeing 737"nin qara qutusu tapılıb

Ötən gün Kubada qəzaya uğrayan "Boeing 737" sərnişin təyyarəsinin qara qutusu tapılıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Kuba televiziyasının efirində ölkənin nəqliyyat naziri Adel İskyerdo bildirib.

A.İskyerdo deyib: "Biz qara qutulardan birini aşkar etdik. O, yaxşı vəziyyətdədir. Yaxın saatlarda ikinci qara qutunu tapmağa ümid edirik".

Qəzanın səbəbi hələlik məlum deyil. Kubanın nəqliyyat nazirliyi qəzanın araşdırılması üçün komissiya yaradıb.