Belə çörək yeməmisiniz


Digərləri 20 May 2018 07:00:00 279 0

Belə çörək yeməmisiniz

Yeməyi mütləq çörəklə yeyirik. Çörəksiz yedikdə isə ürəyimizə yatmır. Son.az ailem.az-a istinadən çörəksiz doymayanlar üçün bir-birindən fərqli və ləzzətli çörək reseptlərini verir.

Balqabaq tumlu çörək

Lazım olanlar:

1 ədəd yaş maya

1 stəkan ilıq süd

1 stəkan qatıq

1 stəkan duru yağ

1 çay qaşığı şəkər tozu

1 stəkan balqabaq tumu

1 xörək qaşığı kətan toxumu

1 xörək qaşığı xaş-xaş

1 çay qaşığı duz

Hazırlanması:

Yaş maya və ilıq südü qarışdırın. Daha sonra undan başqa digər ərzaqları tökərək yoğurun. Son olaraq unu əlavə edib, yoğurun. Yaranan xəmiri 30 dəqiqə saxladıqdan sonra iri kündələr hazırlayın. Üstlərinə balqabaq tumu qoyun. Sonda yağlanmış soba qabının içinə qoyaraq 25 dəqiqə 180 dərəcəlik sobada bişirin.

Rozmarinli çörək

Lazım olanlar:

3 stəkan un

1 stəkan ilıq su

Yarım stəkan zeytun yağı


Xəbərə aid fotolar