Kubada qəzaya uğramış "Boeing 737" təyyarəsinin "qara qutusu" tapılıb


Dünya 20 May 2018 06:30:00 284 0

Kubada qəzaya uğramış "Boeing 737" təyyarəsinin "qara qutusu" tapılıb

Qəza nəticəsində 108 nəfər ölüb

Kubada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin "qara qutular"ından biri hadisə yerində tapılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Kuba televiziyasının efirində ölkənin nəqliyyat naziri Adel İskyerdo deyib.

"Biz "qara qutular"dan birini tapmışıq. O, yaxşı vəziyyətdədir. Yaxın saatlarda ikincini də tapacağımıza ümid edirik", - deyə nazir bildirib.

Qəzanın səbəbi hələ ki, məlum deyil. Kubanın Nəqliyyat Nazirliyi araşdırma üçün komissiya yaradıb.

Qəza nəticəsində təyyarədə heyət üzvləri ilə birgə 110 nəfər olub. Onlardan 108-i ölüb. Sağ qalanlar ağır vəziyyətdədirlər.