ABŞ-da zavodda yanğın zamanı azı 22 nəfər xəsarət alıb
Dünya 20 May 2018 04:41:00 220 0
Terror aktı ehtimalı istisna edilir
Amerikanın Texas ştatının Hyuston şəhəri yaxınlığında yerləşən zavodda baş verən yanğın zamanı azı 22 nəfər xəsarət alıb.
“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli "AVS13" telekanalı məlumat yayıb.
Yanğın yerli vaxtla səhər saat 10.30-da "Kuraray America, Inc." zavodunda baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib.
Yanğın söndürülüb. Terror aktı ehtimalı istisna edilir.
Mənbə: report.az