Oruc tutmağın heyrətamiz faydaları


Digərləri 20 May 2018 03:30:00 316 0

Oruc tutmağın heyrətamiz faydaları

Milyonlarla müsəlmanın aclıq və nəfslə imtahan olunduğu müqəddəs Ramazan ayı başladı. Bəs bu ayın fəziləti və orcu tutmağın insan üçün faydaları nələrdir?

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, insan bədəni oruc tutulduğunu son yeməkdən 8 saat sonra "anlayır".

Bağırsaqlar mədədəki bütün qidaları həzm etdikdən sonra, enerji ehtiyacını qarşılamaq üçün qaraciyər və əzələlərdəki qlükoza, onun ardınca isə yağlara yönəlir. Yağların əriməsi də xolesterin səviyyəsinin normallaşmasına, artıq çəkinin və şəkərli diabet riskinin azalmasına səbəb olur.