İranın Qərbi Azərbaycan və digər əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib


Dünya 20 May 2018 00:34:21 285 0

İranın Qərbi Azərbaycan və digər əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib

Hadisə nəticəsində 9 nəfər ölüb, 50 nəfərin vəziyyəti ağırdır

İranın qərb vilayətlərində 721 nəfər göbələkdən zəhərlənib, daha 9 nəfər ölüb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin qəza xidmətinin nümayəndəsi Müctəba Xalidiyə istinadən ISNA məlumat yayıb.

Onun sözlərinə görə, Kirmanşah, Kürdüstan, Luristan, Zəncan, Qərbi Azərbaycan və Qəzvin əyalətlərində 721 nəfər göbələkdən zəhərlənib. Lakin təqribən 50 nəfərin vəziyyəti ağırdır, onlardan bəzilərinin qaraciyər köçməsinə ehtiyacı var.