Ramazanın 4cü gününün duası, imsak və iftar vaxtı


Digərləri 19 May 2018 23:52:00 296 0

Ramazanın 4cü gününün duası, imsak və iftar vaxtı

Sabah müqəddəs Ramazan ayının dördüncü günüdür.

Son.az bildirir ki, QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən, dördüncü gün üçün imsak vaxtı saat 03:37-də, iftar vaxtı isə 20:10-dadır.

İmsak duası:

"Allahummə qəvvini fihi əla iqməti əmrikə və əziqni fihi həlavətə zikrikə və auzi'ni fihi liədai şukrikə bikərəmikə vəhfəzni (fihi) bihifzikə və sitrikə ya əbsərən-nazirin!".

Tərcüməsi: "Allahım, mənə bu ayda Sənin əmrlərini yerinə yetirməkdə qüvvət ver; mənə bu ayda zikrinin şirinliyini dadızdır, şükrünü yerinə yetirməyi mənə ilham et; kərəminə and verirəm, məni bu ayda öz nəzarət və örtüyünlə qoru, ey görənlərin ən bəsirətlisi!".


Xəbərə aid foto