Malidən Nigerə hücum zamanı 17 nəfər qətlə yetirilib


Dünya 19 May 2018 23:49:23 266 0

Malidən Nigerə hücum zamanı 17 nəfər qətlə yetirilib

Hücumu tuareq xalqının nümayəndələri təşkil edib

Şənbə gününə keçən gecə Nigerin Mali ilə sərhədində yerləşən Aquey yaşayış məntəqəsinə silahlı hücum zamanı fulbe xalqının ən azı 17 nümayəndəsi qətlə yetirilib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.

Onun sözlərinə görə, hücum Mali ərazisində motosikletlərlə gələn tuareq xalqının nümayəndələri tərəfindən təşkil olunub.