Gülüşün sağlamlığa müsbət təsiri


Digərləri 19 May 2018 23:39:00 345 0

Gülüşün sağlamlığa müsbət təsiri

Gülüşün insan orqanizminə faydası çoxdan məlum olsa da, alimlər onun yeni müsbət təsirlərini üzə çıxarıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, həkimlərin fikrincə, əla antidepressant olan gülüş zamanı yaranan endorfin hormonu stresin orqanizmə təsirinin qarşısını alır, ağrıları yüngülləşdirir.

Gülüş həm də əqli və fiziki əməyin, məşqlərin səmərəsinin artırılmasına şərait yaradır. Bundan əlavə, gülüş sosial həyata da müsbət təsir edir. Belə ki, ətrafdakılar şən adamla daha həvəslə dostluq edir və ünsiyyət qururlar.