Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur


Digərləri 19 May 2018 23:03:00 284 0

Məşhur rejissor cinsi zorakılıqda ittiham olunur

27 yaşlı aktrisa polisə ərizə ilə şikayət edib

Fransalı rejissor, ssenarist və prodüser Lük Besson cinsi zorakılıqda ittiham olunur.

Son.az report.az-a istinadən bildirir ki, bu barədə şənbə günü "Europe1" radiostansiyası məlumat yayıb.

Bildirilir ki, cümə günü səhər adı açıqlanmayan 27 yaşlı aktrisa Parisin polis komissarlıqlarından birinə ərizə ilə müraciət edib. O, rejissoru cinsi xarakterli zorakılıqda ittiham edib. Aktrisanın sözlərinə görə, hadisə cümə axşamı Besson ilə "Le Bristol" otelində olan zaman baş verib.