Marseldə dəmiryolu vağzalı təxliyə edilib


Dünya 19 May 2018 22:22:00 261 0

Marseldə dəmiryolu vağzalı təxliyə edilib

Fransanın Marsel şəhərində Sen-Şarl dəmiryolu vağzalı təxliyə edilib.

Trend-in "Provence"yə istinadən verdiyi məlumata görə, təxliyəyə səbəb vağzalda şübhəli şəxsin saxlanılması olub.

Məlumata əsasən, vağzalda əlində şübhəli çanta olan şəxs saxlanılıb. Saxlanılarkən o sənədlərini təqdim etməkdən imtina edib və bildirib ki, çantasında partlayıxı qurğu yoxdur.