İNANILMAZ İLLÜZİYA: Ay üfüqdə niyə daha böyük görünür? VİDEO FOTO


Digərləri 19 May 2018 22:17:00 284 0

İNANILMAZ İLLÜZİYA: Ay üfüqdə niyə daha böyük görünür?  VİDEO  FOTO

Ayın üfüqə yaxın olduğu zamanlarda daha böyük görünməsi hamı kimi bir çox elm adamının da marağını çəkən bir mövzudur. Daha öncə, mütləq ki, "Ay bu gün daha böyük görünürdü" cümləsini eşitmisiniz. Bəli, Yer kürəsinin peyki olan Ay gerçəkdən də daha böyük görünə bilir. Lakin üfüqə yaxın olarkən daha böyük görünməsinin də başqa səbəbləri var. Bu duruma "Ayın illüziyası" deyilir.

Son.az "Ay nə zaman daha böyük görünür" sualının bir neçə variantda cavabını təqdim edir:

Ay digər göy cisimləri kimi elliptik orbitdə fırlanır. Dolayısı ilə bəzən Yer kürəsinə yaxın, bəzənsə daha uzaq olur. Bu da Ayın bəzən gerçəkdə olduğundan daha böyük görünməsinə rəvac verir. Ancaq bu fərqin fərqində olmaq oldquca kəskin bir göz ilə bolluca təcrübəsi olan birinə qismət olur. Hər nə qədər böyük bir fərq kimi görünsə də, 4 dəqiqəlik fərq 1 dərəcənin 1/15-i qədərdir (Göy üzünə barmağınızı uzadın. Bu, təxminən, 1 dərəcədir. Aradkı dəyişiklik bunun 1/15 -nə bərabədir).

Ay hər nə qədər gecə boyunca doğub batarkən orbiti üzərində bizə yaxınlaşsa da, bu, diqqət çəkən miqdarda deyil. Dolayısı ilə Ayın olduğundan böyük görünməsinə başqa açıqlamalar tapmaq lazımdır.

Ayın üfüqə yaxınkən daha böyük görünməsinə dair AÇIQLAMALAR

Burada önəmli olan nöqtələrdən biri Ayın əslində üfüqə yaxın ikən böyük olmamasıdır. Əgər bir ölçü aləti ilə lazımi ölçüləri götürsəniz, Ayın kosmosda hər hansı bir mövqedə ikən eyni ölçüdə olduğu, yəni üfüqə yaxınlaşanda böyümədiyi ortaya çıxar. Qısası, Ayın üfüqə yaxınkən böyük görünməsi tamamilə insanın aldığı təəssüratla bağlıdır.

1. Ebbinqhaus illüziyası ya da Titçener dairələri

Adını onu kəşf edən alman psixoloq Hermann Ebbinqhausun adından alan bu illüziya nəsnələrin ətraflarındakı cisimlərlə müqayisəsi zamanı bir böyüklük təəssüratı yaratması durumunu ifadə edir. Məsələn, bir çox yerdə də qarşınıza çıxa biləcək bu görüntüdə soldakı və sağdakı narıncı dairələr əslində eyni ölçüdədirlər. Ancaq soldakının ətrafında özündən daha böyük nəsnələr olduğu üçün onu beynimizdə kiçik bir dairə kimi etiketləyirik. Sağdakı isə ətrafındakılara nisbətən böyük olduğu üçün böyük dairə kimi etiketləyirik. Qarşılaşdırma edən zamansa soldakı sağdakına nisbətən yenə kiçik görünür.

Ay illüziyasında da buna bənzər bir durum yaşaya bilərik. Ay üfüqə yaxın olarkən görmə çərçivəmiz daxilində olan ağaclar, binalarla müqayisədə Ay daha böyük görünür.

Problem: əgər bu durum Ayı üfüqə yaxın ikən başqa nəsnələrlə müqayisə etməkdən qaynaqlanan bir illüziyadırsa, nəsnələri çərçivəmizdən götürərkən də həmin illüziya davam edir. Açıq dənizdəki dənizçilər və ya buludların üzərində uçan pilotlar da eyni illüziyanı yaşamaqdadırlar.

2. Ponzo illüziyası


Xəbərə aid fotolar