Uşaqlar üçün geyim seçməyin qaydaları


Digərləri 19 May 2018 21:50:00 246 0

Uşaqlar üçün geyim seçməyin qaydaları

Valideynlər övladlarının zövqlü və gözəl görünməsini istəsələr də, təəssüf ki, gözəllik altında gizlənən təhlükədən xəbərsiz olurlar. Körpə dərisinin həssaslığını nəzərə alsaq, narahatlığın əbəs yaranmadığı üzə çıxar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, uşaqların dərisi güclü sorma qabiliyyətinə malik olduğundan keyfiyyətsiz geyimlərdən istifadə olunan zaman parçadakı kimyəvi maddələr bədənə daha asan ötürülür. Nəticədə uşağın dərisində səpgilər və digər allergik reaksiyalar əmələ gəlir.

Azərbaycan Tibb Universitetinin əmək gigiyenası və uşaq-yeniyetmələr gigiyenası kafedrasının müdiri Şəhla Balayeva uşaqlar üçün yalnız təbii liflərdən hazırlanmış paltarların alınmasını məsləhət görür: "Pambıq, ipək, kətan və yundan hazırlanmış paltarların uşaqlar üçün alınması daha məqsədəuyğundur. Yay mövsümü üçün övladlarına paltar almağa hazırlaşan valideynlər geyimlərin istilikkeçirmə və buxarlanma qabiliyyətinin olmasına xüsusi diqqət yetirməlidirlər. Xüsusilə alt paltarların təmiz lifdən olması vacibdir. Üst geyimlər dəri ilə təmasda daha az olduğundan süni liflərdən ola bilər.