Eşq acısı, siqaret asılılığı... Bunlardan 1 saata xilas olmağın YOLLARI


Digərləri 19 May 2018 21:30:00 201 0

Eşq acısı, siqaret asılılığı...  Bunlardan 1 saata xilas olmağın YOLLARI

Terapevt Pol Emeri iddia edir ki, "Kvant Emosional və Fiziki Terapiya" (KEFT) nəzəriyyəsi ilə stress, qorxular, depressiya, siqaret asılılığı, eşq acısı və yemək istəyi kimi problemlər 85 faiz uğurla aradan qaldırıla bilər.

Terapevt iddia edir ki, Kvant Emosional və Fiziki Terapiyası ən son elmi kəşflərə, psixologiyaya və fəlsəfə elminə, dünyanın hər yerində minlərlə insanın üzərində sınanmış nəticələrə və rəylərə əsaslanıb.

Son.az xəbər verir ki, dünya şöhrətli model Keyt Moss və Monako Şahzadəsi Ernst Avqust onun xəstələri olub.

Terapevtin nəzəriyyəsi və müalicə üsulları haqqında danışdığı müsahibəsini təqdim edirik:

- Kvant Emosional və Fiziki Terapiyasının (KEFT) qurucususunuz. Bizə bu üsuldan bir az bəhs edə bilərsiniz?

- KEFT psixo-duyğusal, meridian enerjisinə əsaslanan ruhi-əsəb müalicəsidir. Sadə bir sözlə desək, bu xüsusi toxunuş beynin duyğu/acı mərkəzi olan amiqdalada qəbuledicilərin çıxarılmasını hədəfləyən və bunu asanlaşdıran müəyyən hormon ifraz edərək beyində qüvvətli delta dalğası yaradır. Beynin duyğu mərkəzindəki amiqdala qəbulediciləri arzuolunmaz duyğuların aktivləşdirilməsindən cavabdehdir. Bu mərkəzdə yerləşən qəbulediciləri hədəf aldıqda və dəf etdikdə arzuolunmaz duyğu tamamilə yox olacaq.

- Bu texnikanın digərlərindən fərqi nədir?

- Başlıca fərqi odur ki, adətən çox sürətli təsir göstərir. Texnikanın hər zaman və hər yerdə insanların özləri tərəfindən tətbiq edilə bilən olması da digər üstünlüyüdür. Müraciət edən xəstələrə ən təsirli texnikaları, istəsələr, bunları sevdiklərinə və ya dostlarına tətbiq etməyi öyrədirəm!