Dəri baxımı üçün fərqli maskalar


Digərləri 19 May 2018 20:42:00 241 0

Dəri baxımı üçün fərqli maskalar

Dəri baxımı üçün dərhal aptekə, yaxud kosmetoloqa getməyin. Əvvəlcə evinizin mətbəxinə bir göz gəzdirin. Mətbəxinizdəki möcüzəvi qidalarla təkcə dərinizi deyil, bütün bədəninizi qidalandıra bilərsiniz.

Son.az axşam.az-a istinadən həmin maskaları təqdim edir:

Yağlı dərilər üçün maska:

Alma

Yumurta ağı

Almaları rəndələdikdən sonra yaxşıca çırpılmış yumurta ağı ilə qarışdırın. Əldə edilən qarışımı üz və boyuna sürtüb 20 dəqiqə saxlayın. Sonra ilıq suyla yuyun.