Ana bətnindəki körpəni qucaqlamaq mümkün olacaq YENİLİK


Digərləri 19 May 2018 20:37:00 210 0

Ana bətnindəki körpəni qucaqlamaq mümkün olacaq  YENİLİK

Rusiyada qurulan "Embrio 3D" adlı şirkət körpələrinin dünyaya gəlməsi üçün 9 ay gözləyə bilməyən valideynlərə mujdə verib.

Son.az xəbər verir ki, şirkət bətndəki dölün ultrasəs fotolarından yararlanaraq körpənin kompüterdə son dərəcə detallı şəkildə bir modelini hazırlayır.

Bu modellər 3D aparatlarla cisim şəklinə salınır. "Embrio 3D"ləri plastik, hətta, qızıl, gümüş, platin kimi dəyərli materiallardan da hazırlamaq olar. Bu modellər əvvəlcə gipsdən hazırlanır, daha sonra müxtəlif metallarla üstü örtülür.

Şirkətin prezidenti İvan Qridin uşaqlarının dünyaya gəlməsini gözləyən dostlarının darıxmaq sindromu qarşısında laqeyd qala bilmədiyini bildirib və belə bir şirkət qurmaq qərarına gəlib. Qridin ilham qaynağını bu sözlərlə ifadə edib:

"Veronika adlı bir dostum var. Qarnındakı körpənin sağlamlığı ilə bağlı narahatlıq içində idi. "Kaş ki, onu görə bilsəm" deyirdi. Dəfələrlə ultrasəs müayinəsinə girdi. Amma bu onu razı salmadı. Mən də yeni texnologiyalar və 3D aparatlarla maraqlanırdım və "gəl sənin körpəni hazırlayaq" dedim.


Xəbərə aid fotolar