Robotlarla müharibə nə vaxt başlaya bilər? Süni intellektin atası AÇIQLADI


Digərləri 19 May 2018 20:14:00 296 0

Robotlarla müharibə nə vaxt başlaya bilər?  Süni intellektin atası AÇIQLADI

Süni intellekt texnologiyasının qabaqcıllarından olan professor Yurgen Şimidhuber robotlarla bağlı maraqlı açıqlama verib.

Son.az xəbər verir ki, professor gələcəkdə robotların insanlardan daha ağıllı ola biləcəyini, ancaq yenə də insanların bundan fayda götürə biləcəyini deyib.

Məşhur ekspert insanların texnologiyadan və onların gələcəyindən qorxmamaqlarını məsləhət görüb.

Mövzu ilə bağlı tükürpədən xəbərdarlıqlar son olaraq süni intellekt təhlükəsinin nüvə başlıqlarından daha böyük bir təhlükə daşıdığını deyən "Tesla" şirkətinin sahibi Elon Mask tərəfindən verilib.