Salyan sakinini avtomobil vurub


Sosial 19 May 2018 19:53:46 222 0

Salyan sakinini avtomobil vurub

Hadisə Şorsulu kəndində baş verib

Salyan rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, 1992-ci il təvəllüdlü Şorsulu kənd sakini Muxtarov Saləddin Hüseyn oğlu kənd ərazisində yolu keçmək istəyən zaman minik avtomobili tərəfindən vurulub.

Müxtəlif dərəcəli xəsarətlər alan piyadanı sürücünün özü Salyan Mərkəzi Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.