Hündürlüyü 26 metr olan divarın tikintisi başa çatdı


Digərləri 19 May 2018 19:25:00 287 0

Hündürlüyü 26 metr olan divarın tikintisi başa çatdı

İsrail 26 metr hündürlüyündə strateji müdafiə divarının İordaniya ilə sərhəddəki hissəsinin tikintisini başa çatdırıb.

Son.az report.az-a istinadən bildirir ki, uzunluğu 4,5 km olan bu divar İsrailin cənubunda yerləşən Eylat şəhərinin yaxınlığındakı Timne rayonunda tikilməkdə olan "Ramon" beynəlxalq hava limanının təhlükəsizliyini təmin edəcək.

Bu, uzunluğu 34 km, hündürlüyü 6 metr olan müdafiə divarının bir hissəsidir. Layihənin dəyəri 52,4 milyon dollardır.