Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi HANSIDIR?


Digərləri 19 May 2018 18:29:48 254 0

Azərbaycanda əhalinin daha çox istifadə etdiyi nəqliyyat vasitəsi HANSIDIR?

2018-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artım müşahidə olunub.

Bakı. Elçin Mehdiyev - Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 67,9 milyon ton yük daşınıb və 2017-ci ilin müvafiq dövrünə nisbətən 0,5 faiz artım müşahidə olunub. Trend-in məlumatına görə, yüklərin 4,2 faizi dəniz, 6,4 faizi dəmir yolu, 0,1 faizi hava, 61,1 faizi avtomobil nəqliyyatı, 28,2 faizi isə boru kəməri ilə daşınıb. Hesabat dövründə nəqliyyatçılar 619,9 milyon nəfərə və ya 2017-ci ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz çox sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,2 faizi avtomobil nəqliyyatı, 12,6 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. Dəmir yolu nəqliyyatı ilə 2018-ci ilin yanvar-aprel ayları ərzində 4,4 milyon ton yük, 828,4 min sərnişin daşınıb, 2017-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 9,7 faiz azalma, sərnişin daşınmasında isə 3,2 faiz artım müşahidə olunub.