Dövlət qulluqçularının tətilinə görə aviareyslərin 20%i ləğv olunacaq


Dünya 19 May 2018 17:24:00 209 0

Dövlət qulluqçularının tətilinə görə aviareyslərin 20%i ləğv olunacaq

Fransada dövlət qulluqçularının elan etdiyi tətilə görə mayın 22-də aviareyslərin 20 faizə yaxın ləğv olunacaq.

APA-nın məlumatına görə, bu barədə Fransa mətbuat xəbər yayıb.  

Artıq ləğv olunan aviareyslərlə bağlı sərnişinlərə məlumat verilib və tövsiyə olunub ki, Paris, Lion və Marselə olan səfər reyslərində dəyişiklik etsinlər.

Qeyd edək ki, dövlət qulluqçularının tətili Fransanın yeddi ən böyük həmkarlar ittifaqı təşkilatının çağırışı ilə keçiriləcək və ölkənin bütün ərazisini əhatə edəcək.