Azercell yeni vakansiyaları ilə karyera sərgisində iştirak edib (FOTO)


Digərləri 19 May 2018 17:03:30 279 0

Azercell yeni vakansiyaları ilə karyera sərgisində iştirak edib (FOTO)

Azercell karyera sərgilərində iştirakını davam etdirir.

Bakı. 24 illik fəaliyyəti ərzində tələbələrin və məzunların əmək bazarına çıxışına, gənclərin məşğulluq probleminin həllinə dəstək olan Azercell ölkəmizdə keçirilən karyera sərgilərində iştirakını davam etdirir. "Azercell"dən Trend-ə verilən məlumata görə, şirkətin İnsan Qaynaqları Departamentinin və Müştəri Kanallarının İdarə Edilməsi Departamentinin əməkdaşları məzunların və yuxarı kurs tələbələrinin işgüzar mühitə inteqrasiyasına kömək məqsədilə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində və Azərbaycan Universitetində təşkil olunan növbəti karyera sərgilərinə qatılıb. Sərgi iştirakçılarına şirkətdə mövcud olan vakansiyalar, təcrübə və təqaüd proqramları təqdim edilib, kadrların seçilməsi, işə qəbul prosesi haqqında suallar cavablandırılıb. Yüzlərlə gənc üçün təcrübə proqramları, yeni iş imkanları açan sərgidə iştirakçılar Azercell-in təqdim etdiyi son yeniliklər və xidmətlər barədə məlumatlandırılıb. Azercell-in stendinə yaxınlaşan tələbə və məzunlara şirkət tərəfindən hədiyyələr də təqdim olunub. Məlumat üçün bildirək ki, ölkəmizdə təşkil olunan karyera sərgilərinin məqsədi tələbələri və şirkət nümayəndələrini bir araya gətirərək onlar arasında əlaqə yaratmaq və gənc kadrları potensial işəgötürənlərə daha yaxın etməkdir.