Britaniya şahzadəsi evləndi - Baş nazir toya dəvət edilmədi


Digərləri 19 May 2018 16:21:00 297 0

Britaniya şahzadəsi evləndi - Baş nazir toya dəvət edilmədi

Vindzor qəsrində Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın nikah mərasimi keçirilib.

Bakı. Vindzor qəsrində Britaniya şahzadəsi Harri ilə amerikalı aktrisa Meqan Marklın nikah mərasimi keçirilib. Trend-in məlumatına görə, toya 2,6 min qonaq gəlib. Onlar arasında müğənni Elton Con, amerikalı aparıcı Opra Uinfri, aktyor Corc Kluni, Viktoriya və Devid Bekhem cütlüyü və kral ailəsinin üzvləri var. Ölkənin baş naziri Tereza Mey də daxil olmaqla, digər rəsmi şəxslər toya dəvət olunmayıb. Kraliça buna səbəb kimi mərasimin rəsmi dövlət tədbiri olmadığını əsas gətirib.