Xidmət rəisi: “Yola vermək” dövrü çoxdan arxada qalıb, baş verənləri mətbuatdan öncə bilməliyik"


Digərləri 19 May 2018 16:00:00 317 0

Xidmət rəisi: “Yola vermək” dövrü çoxdan arxada qalıb, baş verənləri mətbuatdan öncə bilməliyik"

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətində "Azərbaycan ərazisində mövcud fitosanitar vəziyyət və bitki mühafizəsi sahəsində innovativ idarəetmənin tətbiqi" mövzusunda ümumrespublika müşavirəsi keçirilib.

Son.az report.az-a istinadən bildirir ki, tədbiri giriş sözü ilə Dövlət Xidmətinin rəisi Camal Quliyev açıb.

O, çıxışında işçilərinə maksimum dərəcədə fermerlərə yaxın olmağı tövsiyyə edib: "Biz fermerlərin yanındayıq, lakin bəzən rayon daxilində məsələlərə müdaxilə edə bilmirik. Son nəticədə dövlət xidmət haqqında mənfi rəy formalaşıb. Rayon şöbələri bu istiqamətdə fəal olmalıdırlar. Bütün proseslərdən kənarda qalmaq, "yola vermək" dövrü çoxdan arxada qalıb. Şöbələr baş verənləri mətbuatdan öncə bilməlidirlər".