Bağlanmış bankların müştəriləri krediti Hökumət Ödəniş Portalından ödəyə biləcəklər


Digərləri 19 May 2018 15:12:00 223 0

Bağlanmış bankların müştəriləri krediti Hökumət Ödəniş Portalından ödəyə biləcəklər

ADIF ləğv prosesində olan bankların müştərilərinə krediti Hökumət Ödəniş Portalından ödəmək imkanı yaradıb.

Bakı. Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bankların kredit yığımının mərkəzləşdirilmiş qaydada təşkili, kredit yığımlarının operativliyini, şəffaflığını, müştərilərin rahatlığını təmin edilməsi məqsədi ilə Fondun daxili informasiya sisteminin ölkədə geniş xidmət şəbəkəsi olan Hökumət Ödəniş Portalına (HÖP) inteqrasiyasını təmin edib. Fonddan Trend-ə verilən məlumata görə, ləğv prosesində olan bankların müştəriləri kreditlərini ödəmək üçün https://gpp.az/az internet saytında “Əmanətlərin Sığortalanması Fondu” bölməsinə daxil olaraq online qaydada ödənişlərini apara bilərlər.