Türkiyəli aktrisadan şok etiraf: "Xidmətçim həyat yoldaşımdan hamilə qalıb"


Digərləri 19 May 2018 15:00:00 269 0

Türkiyəli aktrisadan şok etiraf: "Xidmətçim həyat yoldaşımdan hamilə qalıb"

Türkiyənin tanınmış aktrisası, "Yeşilçam" ulduzu Ahu Tuğba səmimi etirafları ilə sevənlərini şoka salıb.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, aktrisa neçə dəfə evləndiyini xatırlamadığını, lakin bütün evliliklərində xəyanətə uğradığını söyləyib. Aktrisa konkret ad çəkməsə də, həyat yoldaşlarının yaxın dostları ilə intim münasibətdə olduğunu bildirib. O deyib ki, hətta evdə çalışan xidmətçilərdən biri onun həyat yoldaşından hamilə qalıb.