Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: "İşgəncə görənlərin övladları..."


Dünya 19 May 2018 13:02:00 255 0

Ərdoğandan yəhudilərlə bağlı sərt çıxış: "İşgəncə görənlərin övladları..."

Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı keçirilib

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın mayın 14-də etdiyi müraciətdən sonra İstanbulda İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısı keçirilib.

Son.az Sputniknews-a istinadla xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatının fövqəladə zirvə toplantısına  Əfqanıstan, Qvineya-Bisau, İran, Qətər, Küveyt, Mavritaniya, Sudan, İordaniya, Fələstin və Şimali Kiprin dövlət başçıları, Fələstin, Qırğızıstan və Pakistanın baş nazirləri və İƏT-yə üzv olan 25 ölkənin xarici işlər nazirləri qatılıb. Azərbaycanı fövqəladə zirvə toplantısında xarici işlər naziri Elmar Məmmədyarov təmsil edib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı İsrail dövlətini qəddarlıq etməkdə günahlandırıb və terror dövləti adlandırıb. O, İsrail dövlətinin fələstinlilərə qarşı etdiklərini, nasistlərin yəhudilərə qarşı zülmü ilə müqayisə edib.