Nazir Ürək Mərkəzini deputatdan aldı


Digərləri 19 May 2018 12:55:00 272 0

Nazir Ürək Mərkəzini deputatdan aldı

Millət vəkili, Azərbaycanın tanınmış cərrahı Rəşad Mahmudov Bakı Ürək Mərkəzinin rəhbərliyindən uzaqlaşdırılıb.   Son.az bakupost-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə naziri Oqtay Şirəliyev dünən sərəncam imzalayıb.  

Xəbəri Rəşad Mahmudovun özü təsdiqləyib. Onun sözlərinə görə, Bakı Ürək Mərkəziylə bağladığı müqavilənin müddəti mayın 18-də bitib. Müqavilənin müddəti artırılmadığına görə onun işinə xitam verilib.