Yolu keçən şəxsi maşın vuraraq öldürdü


Digərləri 19 May 2018 12:14:00 215 0

Yolu keçən şəxsi maşın vuraraq öldürdü

Bərdədə piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, mayın 18-də saat 22 radələrində Bərdə rayonunun Yenidaşkənd kəndi ərazisində kənd sakini Rizvan Şairov idarə etdiyi "QAZ-3110" markalı avtomobillə yolu keçən həmkəndlisi Xəlil Məmmədzadəni vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada  orada ölüb.

Bərdə RPŞ tərəfindən araşdırma aparılır.