Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb


Digərləri 19 May 2018 12:12:00 184 0

Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb

Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb.

Bakı. Bakıda ticarət mərkəzindən 715 manatlıq spirtli içkilər oğurlanıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə mayın 5-dən 18-dək olan müddətdə Neftçilər prospektində yerləşən ticarət mərkəzlərinin birindəki marketdən 715 manat dəyərində spirtli içkilərin oğurlanması barədə müraciət daxil olub. Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək “isti izlər”lə saxlanılıblar.