Zidan bu barədə 10 gün sonra danışacaq


İdman 19 May 2018 12:00:00 340 0

Zidan bu barədə 10 gün sonra danışacaq

Real Madrid-in baş məşqçisi Zinəddin Zidan maraqlı açıqlamalarla diqqət mərkəzinə gəlib.

Goal.az xəbər verir ki, fransalı mütəxəssis PSG-nin braziliyalı oyunçusu Neymarın “kral klubu”na keçəcəyi ilə bağlı şaiyələri belə reaksiya verib: “Komandamda oynamayan hansısa oyunçu haqqında danışmaq istəmirəm. Qarşıda hələ iki oyun qalıb. Gəlin, Neymar haqqında 10 gün sonra danışaq”.

Zidan həmyerlisi Antuan Qrizmanın Barcelona-ya mümkün keçidi barədə suala cavab verməkdən də yayınıb: “Bu barədə məlumatım yoxdur. Ümumiyyətlə, bu məsələnin mənə aidiyyatı olmadığı üçün maraqlanmıram”.

Qeyd edək ki, Real ÇL-nin finalında Liverpool-la, La Liqanın son turunda isə Villareal-la qarşılaşacaq.