Cavanşir Feyziyev: Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir


Digərləri 19 May 2018 11:53:56 177 0

Cavanşir Feyziyev: Aİ Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir

Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir.

Bakı. Ləman Zeynalova – Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə öz töhfəsini verməlidir. Trend-in məlumatına görə, bunu Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev deyib. O qeyd edib ki, bu münaqişə bütün regionun inkişafına maneə törədir: “Avropa İttifaqı qitənin ən iri siyasi strukturu olaraq münaqişənin dinc yolla həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən bu münaqişəyə beynəlxalq norma və prinsiplərə uyğun olaraq, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində şəffaf, ədalətli və düzgün yanaşma gözləyir”.